Microgaming kazino tərtibatçısı barədə ilkin anlayışlar
Onlayn oyun sənayesinə nəzər salsaq, Microgaming kazino proqram təminatçısı kimi təsirli və davamlı şirkət çətin görərik. Fəaliyyətini genişləndirərək qlobal şöhrətə qovuşan şirkətin oyunları minlərlə onlayn kazino platformalarında əlçatandır. Bu industriyada olan çox az adam tapılar ki, Microgaming onlayn kazino proqram təminatçısı barədə eşitməsin, yaxud onun oyunlarını tanımasın. Oyun istehsalçısı dünya üzrə ilk 3 oyun provayderi arasındadır. Malta, Britannia, Cənubi Amerika və digər Avropa ölkələrindən aldığı beynəlxalq sertifikatlarla fəaliyyətini tam qanuni şəkildə icra edən şirkət 700-dən çox slot, 30-dan çox canlı diler oyunu, 47 kart oyunu və 43 cekpot oyununun sahibidir. Ümumi oyun təcrübəsini hər an dayanmadan təkmilləşdirən şirkətin oyun kataloqunda video slotlardan tutmuş, klassik kart oyunlarına, proqressiv cekpotlara qədər hər növdə oyun tapmaq mümkündür. Şirkət, həmçinin Game of Thrones və Jurassic Park filmlərindən ilhamlanaraq oyunlar hazırlamışdır. Bu oyunlar, eləcə də şirkətin ən populyar oyunları sırasındadır. Onlayn kazinolar dünyasının veteranı da adlandırılan provayder, həmçinin dünyanın ən böyük proqressiv cekpot şəbəkəsinin də sahibidir. Şirkətin dizayn etdiyi Mega Moolah cekpot oyunu bu günə qədər istifadəçilərə 1,2 milyard funt sterlinqdən çox mükafat qazandırıb. Şirkətin daha bir cekpot slotu WowPot oyunu da digər çox qazandıran oyunlardan biridir. Yüksək uduşlar qazandırdığı üçün oyunçular tərəfindən davamlı müraciət edilən provayderə, əlbəttə ki, kazinolar tərəfindən də tələbat yüksəkdir.
Microgaming onlayn kazino proqram təminatçısının müsbət və mənfi cəhətləri
Onlayn kazino provayderlərinin ən uğurlu simalarından biri olan provayder dəfələrlə “ən yaxşı oyun provayderi” tituluna layiq görülmüşdür. Provayder keyfiyyətli oyun axtaran azərbaycanlı istifadəçlərin də sevimlisinə çevrilib. Şirkətin oyunlarını kəşf edən hər bir istifadəçi mükəmməl sistem, möhtəşəm bonuslar və keyfiyyətli, eləcə də təhülkəsiz oyunlardan heyrətlənir. “Oyunçunun seçimi” mükafatına layiq görülən oyun provayderinin müsbət və mənfi cəhətlərini bu cədvəldə oxuya bilərsiniz:
Müsbət cəhətlər | Mənfi cəhətlər |
---|---|
Ən böyük proqressiv cekpot şəbəkəsi – slotları ilə populyar olan oyun provayderində proqressiv cekpot slotları başqa populyardır. Provayder sayəsində milyonlar qazandıran bu cekpotlar dillərdən düşmür. Mega Moolah və WowPot kimi seriyalı cekpot oyunları ilə istifadəçilərini sevindirən şirkətin oyunlarında böyük uduşlar qazanmaq şansı çox yüksəkdir. | 3D oyunlarının az olması – 3D oyunlarını az istehsal edən provayder bu məhsulların sayını artırmaq üçün gələcəkdə müxtəlif işlər görmək niyyətindədir. |
Yüksək təhlükəsizlik – Provayder öz reputasiyasını düşünərək qabaqcıl təhlükəsizlik şirkətləri ilə əməkdaşlıq edir. Tətbiq etdiyi peşəkar qoruma üsulları istifadəçilərin məlumatlarını məxfi saxlayır və oyunları internet xuliqanlarından qoruyur. | Bəzi ölkələrdə oyunların əlçatan olmaması – Oyun provayderi bəzi ölkələrdə fəaliyyət göstərmir. Buna səbəb həmin ölkələrin yurisdiksiyasıdır. Xoşbəxtlikdən, Azərbaycan bu ölkələrin siyahısında deyil. Ölkəmizin istifadəçilərin şirkətin oyunlarını problemsiz oynaya bilərlər. |
Böyük oyun kataloqu – Oyun provayderi sənayedə ən çox oyun istehsal edən şirkətlərdən biridir. Bu günə qədər 800-dən çox oyunun dizayneri olan provayder keyfiyyətli məhsulları ilə tanınır. | – |
Microgaming onlayn kazino proqram təminatçısında kazino oyunları
Microgaming kazinosu real pul qazanmaq istəyən oyunçuların sevimli kazino oyunlarını da istehsal edərək onlara yüksək məbləğdə mükafatlar qazandırır. Klassik kart oyunlarına azarkeşlik edən istifadəçilər rulet, blekcek, bakkara, kreps və poker kimi oyunlarda əylənirlər və pul qazanırlar. Şirkət ən çox blekcek və ruletin müxtəlif növlərini dizayn edib. Bu oyunların hətta Qızıl və Platin kimi müxtəlif səviyyəli formatları da hazırlanıb. Oyunların hər birinin qabaqcıl qrafikası və effektiv mexanizmi var. Hər oyunun bir neçə variantı təklif edilir. Məsələn, ruletin klassik, çoxçarxlı rulet və s. kimi növləri var. Blekcekdə də eyni şəkildə; Spanish 21 və Pontoon blekcek növləri istifadəçilərin ən sevimliləri arasındadır. Oyunların daha da fərqli növləri var. Bu məqalədə təqdim edilən kazinolara keçərək poker, kreps və digər oyunların da fərqli növlərini kəşf edə bilərsiniz. Klassik kazino oyunları yüksək uduşlar arzusunda olan oyunçulara tövsiyə edilir. Qeyd edək ki, oyunda təcrübə böyük rol oynayır. Əgər kazinoda yenisinizsə, slotlar kimi daha sadə oyunlardan başlayın. Növbəti mərhələlərdə kiçik mərclərlə klassik kart oyunlarına da keçə bilərsiniz.
Microgaming onlayn kazino slotları
Slotlar, şübhəsiz ki, provayderin portfelinin ən uğurlu hissəsidir və bütün qumar industriyası bunu bilir. Böyük slot kataloqu ilə tanınan Microgaming onlayn kazino slotları maraqlı temaları ilə populyardır. Oyun xəttinin növündən asılı olmayaraq, Microgaming-ə innovativ slotlarda tamamilə güvənə bilərsiniz. Slotlarında möhtəşəm bonus raundları və funksiyaları ilə fərqlənən provayder çağdaş vizual effektləri ilə istifadəçiləri heyrətləndirir. Ümumilikdə, provayderin kataloqunda 700-dən çox slot var. Burada istənilən temada, janrda və üslubda slot tapa bilərsiniz. Thunderstruck 2, Immortal Romance, Jurassic World, Terminator 2, Avalon 2 və digərləri provayderin ən populyar slotları arasındadır. Bundan əlavə, Mega Moolah və WowPot kimi cekpot slotları ilə də olduqca tanınan provayder bu oyunlarında böyük uduşlar qazandırır. Proqressiv cekpotlar olan bu iki seriya oyunları dünyanın ən böyük cekpot şəbəkəsi hesab olunur. Oyun istehsalçısı Mega Moolah slotunu 2006, WowPot slotunu isə 2020-ci ildə dizayn edib. Forgotten Island və Shamrock Holmes kimi Megaway slotlarını da vurğulamasaq, olmaz. Slotları kəşf etmək istəyən milyonlarla istifadəçini düşünən provayder demo rejim təklif edir. Demo rejimdə oyunçular qeydiyyatsız oyunu kəşf edə bilər.
Microgaming onlayn kazinoda mobil təcrübə
Mobil oyun təcrübəsi günümüzündə tendesiyalardan biridir. Mobil telefonlardan hər şeyin idarə olunması kazino sahəsini də bu fikri nəzərdən keçirməyə vadar etdi. Microgaming kazino proqram təminatçısının oyunları mobil platformalarda da dəstəklənir. Əgər telefonunuz Android və ya iOS əməliyyat sistemində işləyirsə, provayderin oyunlarını kəşf edə bilərsiniz. Üstəlik, bəzi kazinolar xüsusi mobil proqramlar təklif edirlər. Bu proqramlarda mobil oyun təcrübəsi daha rahat və maraqlı olur. İstifadəçinin işi bir neçə tərəfdən asanlaşmış olur. Hər dəfə giriş məlumatlarını yazmağa ehtiyac olmur, kiçik ekranda oyun daha maraqlı və həyəcanlı olur və sairə. Şirkət bütün oyunlarının dizaynı mərhələsində mobil optimallaşdırma məsələsinə xüsusi fikir verir. Masaüstü ilə mobil displey arasında fərqlər olduğu üçün bu nüanslar nəzərə alınmalıdır ki, oyunçu kiçik ekranda narahat oyun təcrübəsi yaşamasın. Yox, əgər kazinonuz mobil proqram dəstəkləmirsə, o zaman telefonunuzdakı brauzerdə kazinonun saytının adını yazırsınız və budur, mobil kazinodasınız. Mobil versiya ilə mobil proqram arasında xırda fərqlər ola bilər, lakin ümumi funksionallıq tamamilə eynidir.
SIZI MARAQLANDIRA BILƏCƏK DIGƏR SƏHIFƏLƏR:
Xülasə
Onlayn kazinolarından böyük bir əksəriyyətində dəstəklənən Microgaming onlayn kazinonu sizlər üçün analiz etdik. 800-dən çox oyunla internet qumar sənayesinə böyük töhfələr verən provayder sənayenin ilk mogikanlarındandır. Şirkətin istehsal etdiyi oyunlarda oynamaq təhlükəsizdir, etibarlıdır, həm də əyləncəlidir. Hansı kazinoda bu provayderin adını görsəniz, onu bilin ki, oyun təcrübəniz mükəmməl olacaq. Peşəkar xidməti ilə müştərilərini razı salan provayder onlayn kazino şirkətlərinə töhfə verməyə gələcəkdə də davam etmək fikrindədir. Provayderin oyunlarından risk səviyyələri və uduş potensialı müxtəlifdir. Provayderin Games of Thrones, Jurassic Park və Supernova kimi oyunları füsunkar RTP ilə sizə böyük mükafatlar qazanmaq şansı verir. Möhtəşəm mükafatların qoyulduğu hər bir Microgaming oyununda temalar, saundtreklər və animasiya özünəməxsusdur.